Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İyul ayı Avropada qeydə alınan ən isti aylardan biri OLDU

09 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən iyul ayı Avropada qeydə alınmış ən isti altı aydan biri kimi tarixə düşüb.

Press.az xəbər verir ki, bir neçə ölkədə temperatur rekordları qırılıb.

Bunu Aİ-nin “Kopernik” Yerin Müşahidə Proqramının saytındakı materiallar sübut edir.

“2022-ci ilin iyul ayı Avropa və dünyanın qalan hissəsinə təsir edən güclü və bəzi yerlərdə uzun sürən istilik dalğaları ilə səciyyələnib. Bir neçə ölkədə hava temperaturu rekordları qırılıb. 2022-ci ilin iyul ayı dünyada qeydə alınmış ən isti üç iyuldan biri, Avropada isə altıncı ən isti iyuldur”, -  deyə proqramın onlayn resursu məlumat yayıb.

Məlumata görə, Fransa, Portuqaliya, İrlandiya, İsveç və Böyük Britaniyada temperatur rekordları qırılıb.

Oxşar xəbərlər
OTACI