Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyada nüvə arsenalı 13 minə qədər döyüş başlığı təşkil edib

01 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2022-ci ilin əvvəlinə 9 ölkənin nüvə arsenalında 12 700-dən çox döyüş başlığı var.

Bu barədə Amerika Alimləri Federasiyasının yeni araşdırmasında deyilir.

“Soyuq müharibədən bəri nüvə arsenallarının azaldılması sahəsində irəliləyişlərə baxmayaraq, nüvə başlıqlarının dünya miqyasında ehtiyatı çox yüksək səviyyədə qalır. 2022-ci ilin əvvəlinə 9 ölkədə 12 700-dən çox döyüş başlığı var”, - hesabatda qeyd olunur.

Bütün nüvə başlıqlarının, təxminən, 90%-i Rusiya və ABŞ-a məxsusdur.

Hazırda Rusiyada - 5977, ABŞ-da - 5428, Çində - 350, Fransada - 290, Böyük Britaniyada - 225, Pakistanda - 165, Hindistanda - 160, İsraildə - 90, Şimali Koreyada – 20 döyüş başlığı var.

Oxşar xəbərlər
OTACI