Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təhlükəli virus yayılır

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kubada Denge qızdırmasına yoluxma artır.

Press.az-ın “Granma” qəzetinə istinadən verdiyi xəbərə görə, Kuba Səhiyyə Nazirliyi Denge qızdırması ilə əlaqədar profilaktika və nəzarətin artırılması barədə göstəriş verib.

Həftə ərzində Denge qızdırmasına 23,7 min yoluxma qeydə alınıb. Bu, bundan öncəki həftə ilə müqayisədə 6 min, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 15 faiz çoxdur.

Qeyd edək ki, ağcaqanadlar vasitəsi ilə yayılan Denge virus infeksiyasıdır, daha çox tropik və subtropik regionlarda rast gəlinir. Xəstəliyin əlamətləri yüksək temperatur, ürəkbulanma, səpgi, baş və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı ağır daxili qanaxma ilə müşayiət olunur.

Oxşar xəbərlər
OTACI