First slide

Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edildi

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın Müdafiə Nazirliyinin polkovniki S.A həbs edilib.

Bu barədə Press.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, o, 2020-ci ildə işğal altında olan ərazilərdə müdafiə bölmələrindən birinin komandiri olub.

Təhqiqat zamanı müəyyən edilib ki, 2019-cu ilin noyabr ayından 2020-ci il noyabrın 4-dək orduda yüksək rütbəli vəzifə tutan polkovnik S.A-nın nizamnamə və qaydaları pozması müəyyən edilib. Belə ki, o, 2020-ci ilin sentyabrında 100-ə yaxın zabitin iştirakı ilə əyləncə, ziyafət təşkil edib.

Eyni zamanda qeyd edilir ki, məhz onun fəaliyyətsizliyi səbəbindən əsgərlər ikinci Qarabağ müharibəsi zamanı döyüş mövqelərindən qaçıb.

Polkovnik S.A. “döyüş növbətçiliyi qaydalarını pozma” və digər maddələrlə ittiham olunur.

Hazırda təhqiqat davam edir.

Oxşar xəbərlər
OTACI