Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkmənistan Prezidenti daxili işlər nazirinə və DGX sədrinə töhmət verdi

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkənin daxili işlər naziri Muhammet Xıdırova iradını bildirib.

Press.az xəbər verir ki, bu barədə Türkmənistanın “Orient” agentliyi məlumat yayıb.

Nazirə Təhlükəsizlik Şurasının iclasında işində yol verdiyi nöqsanlara görə töhmət verilib.

Agentlik onu da aydınlaşdırır ki, Muhammet Xıdırov iclasda nazirliyin tərkibinə daxil olan Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin işinin təşkili ilə bağlı hesabat verib.

Berdiməhəmmədov Dövlət Gömrük Xidmətinin sədri Maksat Xudaykuliyevə isə son xəbərdarlıqla şiddətli töhmət verib. Prezident ona işdəki nöqsanları tez bir zamanda aradan qaldırmağı tapşırıb.

Oxşar xəbərlər
OTACI