Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə qadın qorxu filmində istifadə olunan telefon nömrəsinə görə narahat edilir

30 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Ankara şəhərində yaşayan və logistika firmasında çalışan qadın 7 il əvvəl ekranlara çıxan qorxu filmi səbəbilə narahat edilir.

Belə ki, həmin filmdə ondan icazə alınmadan istifadə olunan telefon nömrəsinə 2015-ci ildən etibarən illərdir ki, tanımadığı nömrələrdən zəng və mesajlar gəlir. Ona zəng edənlərdən nömrəni haradan əldə etdiklərini soruşduqda həmin ildə ekrana çıxan qorxu filmi “Siccin-2”-nin bir səhnəsində gördüklərini bildiriblər.

Film internetdə izlənməyə davam etdikcə telefona gələn zənglər də davam edir.

Sonunda qadın filmin rejissoru və prodüseri Möhtəşəm Tözüm barəsində Ankara Respublika Baş Prokurorluğuna şikayət ünvanlayıb.

Qadının vəkilinin sözlərinə görə, filmin 44-cü dəqiqəsinin 56-cı saniyəsində filmdə Hicran adlı obraza zəng edildiyi səhnədə ya müvəkkilinin nömrəsi, ya da oxşar nömrədən istifadə edilib. Gələn zənglərdə qadına “Hicran sənsənmi?” kimi suallar verilir.

Digər tərəfdən filmin prodüser şirkətindən verilən açıqlamada telefon nömrəsinin filmin bədii rəhbərinə aid olduğu iddia edilib. “Bu cür hallarda hər şeyin nəzarətimizdə olması üçün diqqət edirik və hər zaman nömrə çəkiliş heyətindən kiminsə nömrəsi olur. Qeyd edilən bu nömrə də bədii rəhbərimizə aiddir və hazırda aktiv nömrə olaraq istifadə edilir. Bu, göz yanıltması nəticəsində baş verə bilər”, - deyə açıqlamada bildirilib.//oxu.az

Oxşar xəbərlər
OTACI