Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə meşə yanğını nəzarət altına alınıb

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda baş verən meşə yanğını böyük ölçüdə nəzarət altına alınıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi bildirib.

O, daxili işlər naziri Süleyman Soylu ilə birgə yanğınla mübarizəni bilavasitə bölgədən izləməyə davam edir.

Nazirin sözlərinə görə, yanğınla mübarizəyə 20 helikopter və 14 təyyarə cəlb edilib.

Qeyd edək ki, yanğın iyunun 21-də saat 20.00 radələrində başlayıb və küləyin təsiri ilə ətrafa yayılıb.

Oxşar xəbərlər
OTACI