First slide

İlon Mask kütləvi ixtisarlara görə məhkəməyə veriləcək

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Tesla”nın iki keçmiş işçisi kütləvi ixtisarlara görə amerikalı milyarder İlon Maskın şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Onlar işəgötürəni ixtisarlar barədə qabaqcadan xəbərdar etməməkdə, bununla da federal qanunları pozmaqda ittiham edirlər.

İyunun 2-də Mask idarəçilərə daxili elektron məktub yollayaraq, iqtisadiyyatla bağlı pis nələrinsə olacağını hiss etdiyini bildirib və işçilərin təxminən 10 faizini ixtisar edəcəyi barədə xəbərdarlıq edib.

İddiaçılardan Con Linç bildirib ki, ona iyunun 10-da dərhal işdən çıxarılması barədə bildiriş verilib. Dekston Hartsfild isə bu barədə iyunun 15-də məlumatlandırılıb və həmin gün işini itirib.

İddia ərizəsində onlar Nevadadakı ən azı 500 işçinin eyni vaxtda işdən çıxarıldığını deyirlər.

Qanunvericiliyə görə, işəgötürən eyni müəssisədə 50 və daha çox işçini ixtisar etməzdən ən azı 60 gün əvvəl işçilərə xəbərdarlıq etməlidir.

Məhkəmə sənədində o da deyilir ki, “Tesla” əvvəlcədən xəbərdarlıq etmədən ixtisarlar üçün heç bir əsas göstərməyib.

Linç və Hartsfild 60 günlük maaş və müavinət tələb edirlər.//oxu.az

Oxşar xəbərlər
OTACI