Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

HƏMAS lideri Moskvaya səfər edəcək

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fələstinin “İslam Müqavimət Hərəkatı” (HƏMAS) Siyasi Bürosunun başçısı İsmayıl Haniyə Rusiyaya səfər edəcək.

“Report” Livan KİV-nə istinadən xəbər verir ki, məlumatı HƏMAS rəhbərliyinin nümayəndəsi Salah əl-Aruri yayıb.

Məlumata görə, İ.Haniyə hazırda Livanın paytaxtı Beyrutda səfərdədir. Onun burada bir neçə gün qalacağı gözlənilir. HƏMAS lideri başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Beyrutdan Rusiyaya səfərə yollanacaq.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyi bu ilin mayında İ.Haniyənin iyunda Moskvaya səfər edəcəyini bildirmişdi.

Oxşar xəbərlər
OTACI