Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsrailin Baş naziri: "Çox sayda terrorçu Türkiyədə həbs olunub”

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsrail və Türkiyə İranın dəstəklədiyi terrorçuların İsrail vətəndaşlarına qarşı planlaşdırdığı bir neçə hücumun qarşısını alıb.

Press.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Naftali Bennet keçirdiyi brifinqdə deyib.“Türkiyə təhlükəsizlik qüvvələri ilə əməliyyat səyləri öz bəhrəsini verdi. Son günlərdə İsrail-Türkiyə birgə səyləri nəticəsində biz bir sıra terror cəhdlərinin qarşısını aldıq və çox sayda terrorçu Türkiyə ərazisində həbs olundu”, - Baş nazir qeyd edib.

Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göstərdiyi səylərə görə təşəkkür edib və israillilərə və yəhudilərə qarşı İranın səylərinin qarşısının alınması ilə bağlı birgə işlərin davam etdirildiyini vurğulayıb.

 

Oxşar xəbərlər
OTACI