Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almaniyada G7 sammiti ilə bağlı məxfi sənədlər mətbuata sızdırılıb

20 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyunun 26-dan 28-dək Bavariyanın Elmau qəsrində keçiriləcək G7 sammitinin başlamasına az qalmış 2015-ci ildə həmin qəsrdə keçirilən G7 sammitinin təşkili ilə bağlı Almaniya polisinin məxfi sənədləri internetdə yayılıb.

Bazar günü səhər internet saytından sənədlərə baxış mümkün olub ki, Konstitusiyanın Mühafizəsi üzrə Federal Ofis (BfV) bunu solçu ekstremist baxış tərəfdarları ilə əlaqələndirib.

Məxfi sənədlərin sızması ilə bağlı ilk xəbəri “Bayerische Rundfunk” ictimai hüquq radiostansiyası verib. Eyni zamanda təhlükəsizlik orqanlarından da bəzi mənbələr “dpa” agentliyinə bu sənədlərin doğruluğunu təsdiqləyiblər. Polis hadisə ilə bağlı araşdırma aparır.

Jurnalistlərin sözlərinə görə, digər məsələlərlə yanaşı, sənədlərdə saxlanma şərtləri, polis maşınlarının təhlükəsizliyi və deeskalasiya konsepsiyalarına dair təlimatlar yer alır.

Bundan əlavə, bəzi yüksək rütbəli polis əməkdaşlarının mobil telefon nömrələri, həmçinin polisin istifadə etdiyi rəqəmsal rabitə kanalları haqqında məlumatlar dərc edilib.

Bütün bu məlumatları şəbəkədə ilk kimin yayımladığı hələlik məlum deyil.

2015-ci ildə keçirilən G7 sammitində 18 min polis təhlükəsizliyə nəzarət edib. 

Baş verənlərə münasibət bildirən Bavariyanın daxili işlər naziri Yoahim Herrmann qeyd edib ki, polis hadisənin builki sammitin təhlükəsizliyinə kritik dərəcədə təsir göstərməyəcəyini ehtimal edir.//oxu.az

Oxşar xəbərlər
OTACI