Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Britaniya ordusu yenidən Avropada döyüşməyə hazır olmalıdır - Baş Qərargah rəisi

19 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Britaniya qoşunları Ukraynada müharibə davam etdiyi üçün bir daha Avropada döyüşməyə hazır olmalıdır. "Ölkə.az" "Sky News"a istinadla xəbər verir ki, bunu Britaniya ordusunun yeni Baş Qərargah rəisi Patrik Sanders deyib.

“Rusiyanın Ukraynaya təcavüzü bizim əsas məqsədimizin Böyük Britaniyanı qorumaq üçün quruda döyüşməyə və müharibələrdə qalib gəlməyə hazır olmaq olduğunu göstərir. Hazırda müttəfiqlərimizlə birlikdə vuruşmağa və döyüşdə Rusiyanı məğlub etməyə qadir Ordu yaratmaq məcburiyyətindəyik. Bizim nəslin ordusu yenidən Avropada döyüşməyə hazır olmalıdır" - Patrik Sanders bildirib .

Oxşar xəbərlər
OTACI