Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bolqarıstanın ekologiya naziri koronavirusa yoluxub

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bolqarıstan baş nazirinin iqlim siyasəti üzrə müavini, ətraf mühit və su ehtiyatları naziri Borislav Sandov koronavirusa yoluxduğunu açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, feysbuk sosial şəbəkəsində yazıb.

Baş nazirin müavini xəstəlik səbəbindən parlamentdə iyunun 21-nə təyin edilmiş hökumətə etimadsızlıq səsverməsi ilə bağlı dinləmələrdə iştirak edə bilməyəcək.

"Kiril Petkovun rəhbərlik etdiyi hökumətin bir hissəsi olmaqdan qürur duyuram. Məni qıcıqlandıran yeganə şey odur ki, bu gün mənə COVID-19 diaqnozu qoyulduğu üçün gələn həftə həmkarlarımın yanında ola bilməyəcəm", - nazir qeyd edib.

Oxşar xəbərlər
OTACI