Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya hərbi gəmisi Danimarkanın ərazi sularını pozub

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyaya məxsus hərbi gəmi Danimarkanın ərazi sularını iki dəfə pozub.

Bu barədə Danimarka Xarici İşlər Nazirliyi açıqlama verib.

Danimarkanın xarici işlər naziri Eppe Kofodun sözlərinə görə, bu, cümə günü axşam iki dəfə baş verib.

“Dünən gecə Rusiya hərbi gəmisi Danimarkanın ərazi sularını iki dəfə pozdu. Son dərəcə məsuliyyətsiz, kobud və tamamilə qəbuledilməz Rusiya təxribatıdır”, - deyə Kofod “Twitter” hesabında bildirib.

Hadisə ilə bağlı Rusiya səfiri Danimarka Xarici İşlər Nazirliyinə çağrılıb.

Ölkənin silahlı qüvvələri bununla bağlı press-relizdə Rusiya korvetinin Bornholm adası yaxınlığında Danimarkanın ərazi sularını pozduğunu bildirib.

Mənbə: Evropeyskaya pravda

Oxşar xəbərlər
OTACI