Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-da qanlı olay: Silahlı şəxs kilsədə insanları güllələdi - FOTO

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın Alabama ştatında silahlı şəxs kilsədə insanlara silahla hücum edib.

Nəticədə iki nəfər ölüb, bir nəfər yaralanıb.

Vestavia Hills polisi iyunun 16-da axşam Müqəddəs Stefan kilsəsində 3 nəfərin yaralandığını, onlardan birinin daha sonra öldüyünü təsdiqləyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəli şəxs həbsdədir, onun hərəkətlərinin motivləri barədə məlumat verilmir.

Fevralın sonunda Kaliforniya ştatının Sakramento şəhərində kilsədə atışma zamanı bir neçə nəfər, o cümlədən uşaqlar ölüb. Atışmadan sonra hücum edən şəxs intihar edib.//oxu.az

Oxşar xəbərlər
OTACI