Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkədə ildə 20 min adam yollarda ölür - STATİSTİKA

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda ildə 20 min insan təkcə yol qəzalarında ölür.

Sfera.az bu barədə "Azad İran" telegram kanalına istinadən məlumat verir. Bildirilir ki, ölkədə bir il ərzində 20 min nəfər təkcə yol qəzalarında həyatını itirir. Yol-nəqliyyat hadisələri zamanı dəyən zərər isə hər il təxminən 14 milyard dollar qiymətləndirilir.

Bu qəzaların əsas səbəbini avtomobillərin və qeyri-standart yolların təhlükəsiz olmaması ilə ümumiləşdirmək olar. Dünyanın digər ölkələri ilə müqayisədə İranda nəqliyyat qəzaları 20 dəfə çoxdur.Ötən 25 il ərzində hazırlanan statistik rəqəmlərə görə, İranda bu müddətdə 500 mindən çox insan məhz yol qəzalarında həlak olub.

Fars, İsfahan, Xuzestan, Kerman və Sistan-Bəluçistan əyalətləri daha çox insan ölümləri ilə nəticələnən yol-nəqliyyat qəzalarının baş verdiyi əyalətlər hesab edilir.

Oxşar xəbərlər
OTACI