First slide

Rusiya şirkəti sanksiyalara görə təyyarələrini sökəcək

23 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın "Aeroflot" aviaşirkəti yaxın gələcəkdə sanksiyalara görə "Boeing" və "Airbus" təyyarələri üçün ehtiyat hissələri çatışmazlığı ilə üzləşəcək.

Press.az Oxu.az-a istinadən xəbər verir ki, çatışmazlığı aradan qaldırmaq üçün aviadaşıyıcı təyyarələrini ehtiyat hissələrinə ayırmağa başlaya bilər.

Ekspertlərinin fikrincə, öz təyyarə parkını işlək vəziyyətdə saxlamaq üçün "Aeroflot" sözügedən prosesə üç ərzində başlayacaq. Aviaşirkət ən azı yaxın gələcəkdə "Boeing" və "Airbus" məhsullarını Rusiya istehsalı olan təyyarələrlə əvəz edə bilməyəcək.

Qeyd edək ki, sanksiyalara görə "Aeroflot" nəinki öz təyyarələri üçün ehtiyat hissələri əldə etmək imkanını itirib, həm də xaricə uçuşları kəskin şəkildə azaltmaq məcburiyyətində qalıb.

Oxşar xəbərlər
OTACI