Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkədə "Omicron"un yeni variantı aşkarlandı - Səhiyyə nazirliyindən AÇIQLAMA

20 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yunanıstanda "Omicron”un yeni variantı - BA.5 aşkar edilib.

Press.az xəbər verir ki, dünyada 6,2 milyondan çox insanın ölümünə səbəb olan koronovirus epidemiyası tədricən öz gücünü itirdiyi zamanda "Omicron”un yeni variantı dünya ölkələrini qorxuya salıb.

Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı ölkədə COVİD-19-un "Omicron” variantının daha yoluxucu formasının aşkar edildiyini açıqlayıb.

BA.5 "Omicron" variantı Yunanıstanın şimal-qərbindəki Epirus bölgəsindən götürülmüş nümunədə aşkar edilib.

BA.5-in "Omicron"un alt variantı kimi yanvar ayında buraxılmış BA.2 variantından daha yoluxucu olduğu bildirilsə də, onun daha ölümcül olub-olmadığı ilə bağlı dəqiq izahat verilməyib.

Mütəxəssislər qeyd ediblər ki, BA.5 variantının ortaya çıxması ölkədə yoluxmaların sayının artmasına səbəb ola bilər.

Oxşar xəbərlər
OTACI