Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan gənclərə səslənib: "Xəyallarınızdan əsla vaz keçməyin"

20 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə prezidenti Ərdoğan "Siz gənclərə qoyacağımız ən böyük miras 2053-cü il görüntüsü olacaq. Xəyallarınızdan əsla vaz keçməyin" deyib.

Press.az xəbər verir ki,  Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibəti ilə Ankara Böyük Məscidi Mədəniyyət və Konqres Mərkəzində təşkil edilən “İstiqlal türkülərinin lansmanı və Təmsilçi Gənclər və Milli İdmançıların Görüş Proqramı”nda çıxış edib.Çıxışına onu dinləyən gəncləri salamlayaraq başlayan Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramını təbrik edib.

Bu mühüm Milli Mübarizə tarixinin hədiyyə edildiyi gəncləri bu gün müstəqilliyin və gələcəyin zəmanəti kimi gördüklərini ifadə edən Ərdoğan, “Siz gənclərə qoyacağımız ən böyük miras qurduğumuz güclü demokratiya və inkişaf infrastrukturu üzərində tətbiq edəcəyimiz 2053-cü il olacaq ”.

“Gəncliyimdən ömrümü sivilizasiyaya, haqqa, ədalətə həsr etmiş, bu yolda mübarizə aparmış, bir çox sınaqlardan keçmiş bir ağsaqqal kimi deyirəm ki, heç vaxt arzularınızdan əl çəkməyin”. Ərdoğan gənclərə tövsiyə edərək, "Şərtlərin çətinliyinə əhəmiyyət verməyin, imkanların azlığına təslim olmayın, getdiyiniz yolda qarşınıza çıxan maneələrin cəsarətindən qorxmayın. Bunların heç biri əsla olmamalıdır, sizi ürəyinizdə böyütdüyünüz və zehninizdə formalaşdırdığınız məqsədlərinizdən yayındırır."

Zeynab Hüseyn

 

 

 

Oxşar xəbərlər
OTACI