Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyaca məşhur basketbolçu həyatını itirdi

18 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nigeriya, Almaniya və ABŞ vətəndaşı olan basketbolçu Ademola Okulaja 49 yaşında gözlənilmədən dünyasını dəyişib.

Okulaja Almaniyanın dünyada 3-cü yeri tutmasında Novitzki ilə birlikdə mühüm rol oynayıb.

Şimali Karolina Universitetinin məzunu Ademola Okulaja Avropada uğur qazanmışdı.

Almaniya millisində çıxış edən futbolçu iki dəfə FİBA Dünya Kubokunda və 5 dəfə EuroBasket-də çıxış edib və millinin kapitanı olub. O, 1995-2007-ci illərdə 172 böyüklər oyununda iştirak edib. İndianapolisdə Almaniya ilə birlikdə Dirk Novitzki ilə dünya üçüncüsü oldu.

2008-ci ildə onurğa beynində şiş diaqnozu qoyulan Okujala karyerasını bitirmək qərarına gəlib. Bu yaxınlarda o, Almaniya kanalları üçün basketbol matçlarını şərh edirdi.

Zeynab Hüseyn

Press.az

Oxşar xəbərlər
OTACI