Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə dəniz üzərində ikinci hava limanı açılır - VİDEO

14 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə dəniz üzərində ikinci hava limanı olan Rize-Artvin aeroportu açılır.

Üç milyon kvadratmetr sahədə inşa edilən Rize-Artvin Hava Limanı 45 metr eni və 3000 metr uzunluğu ilə bölgənin hava nəqliyyatı ehtiyaclarını tam ödəyəcək.

2017-ci il aprelin 3-də təməli qoyulan hava limanının illik sərnişin tutumu 3 milyon olacaq.

Yeni hava limanı Şərqi Qara dəniz, Qafqaz və Yaxın Şərq ölkələri arasında nəqliyyat zəncirinin transfer mərkəzi rolunu oynayacaq.

Qeyd edək ki, Türkiyənin ilk dəniz üzərindən ilk hava limanı Ordunun Gülyalı rayonu ilə Giresunun Piraziz rayonu arasında tikilib. 22 may 2015-ci ildə istifadəyə verilən Ordu-Giresun Hava Limanı həm də Avropada dəniz üzərində tikilmiş ilk və yeganə hava limanıdır. O, ildə 3 milyon sərnişin daşımaq gücünə malikdir.//oxu.az

Oxşar xəbərlər
OTACI