Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Britaniya Alina Kabayevaya qarşı sanksiyalar tətbiq edib

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ritaniya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına qarşı şəxsi sanksiyalar siyahısını genişləndirərək, “Milli Media Qrupu” holdinqinin direktorlar şurasının sədri, bədii gimnastika üzrə rusiyalı olimpiya çempionu Alina Kabayevanı da siyahıya daxil edib. Bu barədə Krallıq hökumətinin saytında məlumat verilib.

 

Daha öncə Avropa İttifaqı (Aİ) Alina Kabayevaya sanksiya tətbiq etməyi təklif etmişdi və sanksiyalar siyahısının ittifaq üzvləri olan ölkələr tərəfindən təsdiqlənənə qədər dəyişikliklərə məruz qala biləcəyi ilə bağlı fikirlər də səslənirdi.

Lakin Britaniya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada Alina Kabayevanın sanksiyalar siyahısına daxil edildiyi barədə məlumat təsdiqlənib.

Həmçinin Kabayevanın nənəsi Anna Zatsepilina, Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya və iki əmisi oğlu İqor və Roman Putin də sanksiyalara məruz qalanlar siyahısındadırlar.

//RİA Novosti

Oxşar xəbərlər
OTACI