First slide

Türkiyədə ticarət mərkəzində tavan çökdü: Dağıntılar altında qalanlar axtarılır - VİDEO

11 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Bursa şəhərindəki ticarət mərkəzində yerləşən mağazanın asma tavanı çöküb.

Hadisə ticarət mərkəzinin ikinci mərtəbəsində baş verib.
"Zafer Plaza”nın cənub hissəsində yerləşən məşhur geyim mağazasının tavanının uçması nəticəsində qəfildən ticarət mərkəzi toza qərq olub. Bu zaman mağazada və ticarət mərkəzində olan vətəndaşlar təşviş içində bayıra axışıblar.

Əraziyə çox sayda polis və xilasedicilər cəlb olunublar.

Dağıntılar altında qalanların olub-olmaması müəyyənləşdirilir.

 

Oxşar xəbərlər
OTACI