Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göyərtəsində Azərbaycan vətəndaşları olan gəmi yanır

10 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azov dənizində Temrük yaxınlığında taxıl daşıyan Türkiyə gəmisində yanğın baş verib.

Press.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyinə istinadən “İnterfaks” yayıb.

Bildirilir ki, gəmi heyəti yanğınla mübarizə üçün kömək istəməyib və yanğını özləri söndürməyə çalışıblar.

Məlumata görə, “Aqua” adlı yük gəmisinin göyərtəsində Azərbaycan, Türkiyə və Hindistan vətəndaşı olan 13 nəfər var.

Vanuatu bayrağı altında üzən gəminin Türkiyənin “Auqas Limited” şirkətinə məxsus olduğu qeyd olunub.

Oxşar xəbərlər
OTACI