First slide

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

10 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistandan olan bir sıra ictimai xadimlər rəsmi İrəvandan Qarabağ məsələsində vədlərini yerinə yetirməsini istəyiblər. Onlar bununla bağlı tələblərini 9 May Qələbə Günü münasibətilə  hazırladıqları bəyanatlarında bildiriblər.

70-dən çox ziyalının imzaladığı sənəddə deyilir:

“Ermənistan Respublikasının dövlət təqviminə əsasən, 9 May Qələbə və Sülh günü kimi qeyd olunur. Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları bu günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz qələbə isə məğlubiyyətdir”.

Bəyanatda sülhün alternativi olmadığı vurğulanıb.

“Bu isə uduzanın boynunda ilgək deyil, Ermənistan xalqının sülh şəraitində yaşamaqla bağlı 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə ratifikasiya olunmuş iradəsinin azad ifadəsidir”.

Sənədi imzalayanlar qeyd edirlər ki, onlar mövcud hökumətin xüsusilə dövlət suverenliyinin həssas olduğu və Ermənistanın ciddi təhlükəsizlik təhdidləri ilə üzləşdiyi indiki son dərəcə çətin geosiyasi vəziyyət fonunda ölkəni millətlərarası düşmənçilik dalanından çıxarmağa, qonşularla münasibətləri nizama salmağa yönəlmiş səylərini görməzlikdən gələ bilməzlər.

Onlar həmçinin hesab etdiklərini bildiriblər ki, Qarabağ məsələsi ilə bağlı spekulyasiyalar dövrü artıq sona çatıb və Ermənistandakı müharibə tərəfdarları son çarəyə əl atıblar.

“Bu o deməkdir ki, vətəndaş müharibəsini qızışdıraraq xalq hakimiyyətini ələ keçirmək onların son ümididir. Aydın məsələdir ki, özünü “millətin xilaskarı” adlandıranlardan heç kim nə Azərbaycanla, nə də Türkiyə ilə döyüşmək fikrində deyil. Deməli, bu gün “erməni qisası”nın yeganə mümkün hədəfi “daxili türklər”dir, hansı ki, bizim kimi vətəni üçün ölməyi yox, öz ölkəsində azad, ləyaqətlə və xoşbəxt yaşamağı seçmiş sadə vətəndaşlardır.

Bizimlə eyni cür düşünən, lakin “türk” və “millət xaini” damğasından çəkinən minlərlə vətəndaşın səssizliyini dilə gətirir, Ermənistan Respublikasının qanuni hakimiyyətindən vədlərinə əməl etməyi və Qarabağ münaqişəsini sülh müqaviləsi ilə həll etməyi tələb edirik. Müharibə dəhşətlərindən əziyyət çəkən xalqımızın ağrı və kədərini, vətəndaş cəmiyyətindən olan həmkarlarımızın bütün haqlı narahatlıqlarını bölüşərək biz “əmmasız” sülh tələb edirik. Biz sülhün qələbəsini qeyd edəcəyik!” - deyə bəyanatda vurğulanıb.//oxu.az

Oxşar xəbərlər
OTACI