Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bir milyondan çox ukraynalı zorla Rusiyaya aparılıb

09 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bir milyondan çox ukraynalı zorla Rusiyaya aparılıb".

Press.az Ukrayna Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova “Facebook” səhifəsində məlumat verib.

"Hazırda Rusiyada 1 milyon 185 mindən çox vətəndaş, o cümlədən 200 min uşaq var. Bizdə onların Rusiyaya məcburi aparıldığını göstərən dəlillər var”, - deyə o, bildirib.

Denisovanın sözlərinə görə, bəzi qondarma düşərgələrdə 20 mindən çox vətəndaş var. Həmin yerdəki insanların hara aparıldıqları barədə məlumat yoxdur.

Onun sözlərinə görə, Rusiyaya deportasiya olunmuş ukraynalıların düşərgələrini tapıb Ukrayna tərəfinə məlumat verən könüllülər var.

Oxşar xəbərlər
OTACI