Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransada keçmiş baş nazir Fransua Fiyon dörd il azadlıqdan məhrum edildi

09 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransada keçmiş baş nazir Fransua Fiyon həyat yoldaşının saxtakarlıqla işə götürülməsi faktı üzrə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Paris Apellyasiya Məhkəməsi qərar verib.

Qərara əsasən, Fiyon cəza müddətinin bir ilini həbsxanada keçirəcək.

Onun həyat yoldaşı Penelopaya isə 2 il şərti azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, Fiyon və həyat yoldaşı ətrafında qalmaqal 2017-ci ildə keçmiş baş nazirin prezidentliyə namizəd olduğu seçki kampaniyasının qızğın vaxtında yaranıb. Yerli mətbuat Penelope Fiyonun səkkiz il parlament köməkçisi kimi heç bir iş görmədən maaş aldığını yazıb. 2021-ci ilin iyununda Paris Məhkəməsi Fiyonu bu işdə təqsirli bilib və iki il həbsxanada olmaqla, beş il azadlıqdan məhrum etmə cəzası kəsib.

//TASS

Oxşar xəbərlər
OTACI