Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-ın yeni qırıcısı ən bahalı təyyarə olacaq

09 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Next-Generation Air Dominance” (NGAD) proqramı çərçivəsində ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanan altıncı nəsil qırıcı indiyədək istehsal edilmiş ən bahalı təyyarə olacaq.

O, “Lockheed Martin F-22”-ni əvəz edəcək.

Proqrama 2010-cu illərin əvvəllərində start verilib. Ötən ilin sentyabr ayında tam miqyaslı prototipin ilk uçuşu baş tutub. F-22-nin NGAD qırıcıları ilə dəyişdirilməsi 2030-cu illərdə başlayacaq. Yeni təyyarənin pilotsuz versiyası da olacaq.

“Popular Mechanics”in rəyinə görə, 77 milyon dollarlıq F-35-lərlə müqayisədə, yeni qırıcının qiyməti 200-300 milyon dollar arasında olacaq./oxu.az/

Oxşar xəbərlər
OTACI