Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tacikistanda sərhəd qoşunları tam döyüş hazırlığına gətirildi

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mayın 7-də Əfqanıstanın Taxar əyalətinin Xoca Qor sərhəddində “Taliban” və İŞİD yaraqlıları arasında baş verən toqquşmadan sonra Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu barədə “Xovar” agentliyi Sərhəd Qoşunlarının mətbuat mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, “Taliban”la İŞİD-çilərin döyüşü bir saat yarım davam edib.

Toqquşma zamanı mərmilər təsadüfən Tacikistan ərazisinə düşüb. İnsan tələfatı və maddi zərər olmayıb./oxu.az/

Oxşar xəbərlər
OTACI