Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyanın gözü Rusiyadadır: Putin bu 2 qərardan birini açıqlayacaq

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bütün dünyanın gözü rusların bu il Ukrayna müharibəsinin fonunda qeyd edəcəyi 9 May Qələbə Günündədir. 

Press.az azxeber.com-a istinadla xəbər verir ki, Rusiya lideri Vladimir Putinin bayram mərasimlərində edəcəyi çıxışla bağlı Qərb mediası müxtəlif iddialar irəli sürüb. 

İddialara görə, Putin mayın 9-da paytaxt Moskvadakı çıxışında qələbəsini elan edəcək. Rusiya lideri bir müddət Donbasa diqqət yetirən, Kiyevdən çəkilən və Mariupol üzərində nəzarəti ələ keçirən Rusiya ordusunun uğurunu açıqlayacaq. Bu, müharibəni bitirəcək. 

Digər ehtimal odur ki, Putin indiyə qədər "əməliyyat” adlandırdığı işğala qarşı açıq-aşkar səfərbərlik edib, hərtərəfli müharibə elan edəcək.

Məlumata görə, Ukraynada müharibənin fonunda baş tutacaq Qələbə bayramı şənliklərində Ukraynada rus əsgərləri tərəfindən əsir götürülən 500 əsir Qızıl Meydandan keçmək məcburiyyətində qalması ilə onları nümayiş etdirəcəyi iddia edilib.

Onu da qeyd edək ki, mayın 9-da paytaxt Moskvada keçiriləcək Qələbə günü hərbi paradının ümumi məşqi də keçirilib. Məşqə hərbi və döyüş təyyarələri ilə yanaşı, hərbi helikopterlər də qatılıb.

Oxşar xəbərlər
OTACI