Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Amsterdama uçan təyyarədə sərnişinlərin kütləvi davası – VİDEO

07 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mançesterdən Amsterdama KLM aviaşirkətinin reysi ilə uçan sərnişinlərin kütləvi davası videoya çəkilib.

Press.az-ın oxu.az-a istinadən məlumatına görə, baş verənlərin təfərrüatı hələ də dəqiqləşdirilir. Davanı mobil telefonu ilə lentə alan sərnişinin dediyinə görə, insidentin başlamasına səbəb 20 yaşlarında gənc britaniyalının irqçi ifadəsi olub.

Videoda üç nəfərin bir sərnişinin üzərinə atılaraq necə zərbələr endirməyə başladığı görünür. Hücuma məruz qalan şəxsin iki yol yoldaşı onun müdafiəsinə qalxıb və cavab olaraq xəsarət yetirənləri döyməyə başlayıb. Ekipaj üzvləri dava edənləri ayıra bilməkdə çətinlik çəkiblər, yalnız pilotun müdaxiləsindən sonra buna nail olunub.

Daha sonra təyyarə komandiri polislə əlaqə saxlayıb. Niderlandın paytaxtına çatdıqdan sonra altı qanun pozucusu saxlanılıb, onlardan biri yüngül xəsarətlər alıb. Aviaşirkət hadisə zamanı ekipaj üzvlərindən heç birinin xəsarət almadığını bildirib.

Oxşar xəbərlər
OTACI