Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zelenskinin sözçüsü AÇIQLADI: Ukrayna və Rusiya nümayəndə heyətləri razılığa gəliblər

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Ukrayna tərəfi hələ də Rusiya ilə sülh danışıqlarında maraqlıdır".

Press.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

Onun sözlərinə görə, Kiyev bununla bağlı mövqeyini sərtləşdirməyib.

Sergey Nikiforov Böyük Britaniyanın baş naziri Boris Consonun Kiyevə səfərindən sonra “Ukrayinska Pravda” nəşrinin Rusiya Federasiyası ilə danışıqlara yanaşmanın dəyişdirilməsi ilə bağlı iddiasını da təkzib edib.

"Deyə bilərəm ki, jurnalistlər bir neçə məqamı gözdən qaçırıblar. Ya bu, sadəcə səhvdir, ya da onların əslində danışıqlar prosesindən heç bir xəbəri olmayan yanlış mənbələri var",- deyə Nikiforov bildirib.

Onun sözlərinə görə, nəşrin bu yazısı qəsdən edilimiş manipulyasiya da ola bilər.

Eyni zamanda o, Ukrayna və Rusiya arasında danışıqların hazırda dayandırıldığını təsdiqləyib.

"İstanbulda olan təmas qrupları əlaqədədirlər. Onlar istənilən an danışıqların növbəti raundunu təşkil edə bilərlər. Başqa bir şey də odur ki, nümayəndə heyətləri danışıq aparmaq səlahiyyətinə malik olduqları bütün məsələlər üzrə razılığa gəliblər. İndi ən mürəkkəb və fundamental qərarlar -Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünün təminatı məsələsi qalıb ki, bu da prezidentlər səviyyəsində olan şeydir", - deyə Nikiforov əlavə edib.

Oxşar xəbərlər
OTACI