Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polşa Belarusla sərhəddə hasar çəkir

26 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polşa Belarusla sərhəddə hasar çəkməyə başlayıb

Bu barədə Polşa Sərhəd Mühafizəsi tviter səhifəsində məlumat yayıb.

"Polşa-Belarus sərhədində hasarın tikintisinə başlanılıb. Bu gün Sərhəd Mühafizəsi tikinti sahələrini podratçılara təhvil verib”, - məlumatda deyilir.

Hasarın uzunluğu 186 kilometr olacaq. Layihənin dəyəri 1,6 milyard zlotdur.

Qeyd edək ki, 2021-ci ilin noyabrında minlərlə miqrant Polşa-Belarus sərhədində toplanıb. Onlardan bəziləri Polşaya girməyə çalışsalar da, bu mümkün olmayıb. Polşa hakimiyyəti hərbçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələrini, eləcə də hərbi texnikanı sərhədə göndərib.

Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, 2021-ci ilin payızının əvvəlindən Belarusdan sərhədi qanunsuz keçməyə 20 minə yaxın cəhd qeydə alınıb./report/

Oxşar xəbərlər
OTACI