Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tarixi "Fatih Sultan Mehmet” körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

15 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Press.az-ın Trend-ə istinadən məlumatına görə, işıqlandırma Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

İstanbulun möhtəşəm mənzərəsinə gözəllik qatan şanlı bayrağımızın rəngləri izləyənlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, dövlətimiz və iki ölkənin qardaşlığına dair əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq İstanbulun müxtəlif rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

Oxşar xəbərlər
OTACI