Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hulusi Akar konsert gəlirlərini orduya bağışlayan Haluk Leventlə görüşdü - Foto

13 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məşhur türkiyəli müğənni Haluk Levent Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.

Press.az xəbər verir ki, nazir müğənnini Mehmetçik Vəqfinə 150 min TL ianə etməsi münasibətilə qəbul edib.

Nazir həssasiyyəti və dəstəyi üçün müğənniyə təşəkkür edib, Haluk Levent isə bundan sonra nazirliyin fəaliyyətlərində yer almaqdan məmnunluq duyacağını bildirib.

Müğənni hərbi xidmətdə olarkən briqada komandiri olduğunu xatırladıb, nazirlə keçmiş günləri yad edib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl Rus Qızılordu ansamblı ilə 15 konsertlik Anadolu turu gerçəkləşdirmişdi. O, konsertlərdən gələn gəlirin yarısını özünün yaratdığı AHBAP xeyriyyə fonduna, yarısını isə orduya bağışlayacağını açıqlamışdı.

Oxşar xəbərlər
OTACI