Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almatı Hava Limanı fəaliyyətini bərpa edir

12 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstanın Almatı Beynəlxalq Hava Limanı yanvarın 13-dən fəaliyyətini bərpa edəcək.

Press.az xəbər verir ki, bu barədə şəhər hava limanının mətbuat xidmətindən bildirilib.

Almatı şəhərində baş verən iğtişaşlara görə komendant saatının tətbiqi ilə əlaqədar hava limanı səhər saat 08:00-dan axşam saat 21:00-a kimi fəaliyyət göstərəcək. Həm daxili, həm də beynəlxalq reyslər həyata keçiriləcək. Təhlükəsizliyi təmin etmək üçün terminala yalnız sərnişinlərin daxil olmasına icazə verilir.

Xatırladaq ki, Almatı hava limanı ölkədə baş verən iğtişaşlar zamanı ələ keçirilib, daha sonra antiterror xüsusi əməliyyatı zamanı azad edilib. Qazaxıstanda yanvarın 6-dan fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Oxşar xəbərlər
OTACI