Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstanda 6 minə yaxın şəxs saxlanıldı

09 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstan hüquq-mühafizə orqanları iğtişaşlar zamanı 6 minə yaxın insanı saxlayıb.

Press.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Hazırda 125 cinayət işi açılıb, 5,8 min nəfər polisə gətirilib, onların arasında xeyli sayda əcnəbi var", - məlumatda deyilir.

Ölkənin bütün rayonlarında vəziyyətin sabitləşdiyi, əməliyyat şəraitinə tam nəzarətin bərpa edildiyi, hüquq-mühafizə orqanları tərəfindən əvvəllər zəbt olunmuş bütün inzibati binaların azad edildiyi, kommunal obyektlərin işinin davam etdirildiyi bildirilir. 

"Kasım-Jomart Tokayev vurğulayıb ki, güc strukturları ölkədə ictimai asayişin və təhlükəsizliyin tam bərpası üçün bütün lazımi tədbirləri görəcək", - mətbuat xidməti qeyd edib.

Oxşar xəbərlər
OTACI