Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pandemiyanın kəskin mərhələsi yaxında bitəcək?

09 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusun "Omikron" ştammı, COVID-19 pandemiyasının kəskin mərhələsinin sonunu xəbər verə bilər.

Press.az Trend-ə istinadən bildirir ki, bu qənaətə Cənubi Afrika Respublikasından olan həkimlər apardıqları tədqiqatlar nəticəsində gələbilər.

Tədqiqat Stiv Biko Akademik Xəstəxana Kompleksində aparılıb. Həkimlər indiki pandemiya dalğasında xəstələnən 466 xəstənin və əvvəlki 3976 xəstənin qeydlərini təhlil ediblər.

Mütəxəssislərin gəldiyi nəticəyə görə, infeksiya dalğası görünməmiş sürətlə irəliləyərək, əvvəlki ştamlara nisbətən daha yüngül xəstəliklərə səbəb olub. Əgər bu model davam edərsə və bütün dünyada təkrarlanarsa, biz çox güman ki, xəstələnmə və ölüm nisbətinin tam əksinə olacağını görəcəyik, deyə həkimlər bildirib.

Oxşar xəbərlər
OTACI