Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SON DƏQİQƏ! Nazarbayev bu ölkəyə qaçıb? - FOTO

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çərşənbə günü, yanvarın 5-də Qazaxıstanın paytaxtından havaya qalxan “Embraer Legacy 650” (bort nömrəsi E32L) təyyarəsi Dubayda Əl Maktum Beynəlxalq Hava Limanında eniş edib. Uçuş məlumatları gizlədilib. “The Insider” yazır ki, təyyarə Qazaxıstan Milli Qvardiyasına aid ola bilər, çünki qurum bu modeli 2020-ci ilin yanvarında alıb.

Bundan əvvəl internetdə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ailəsinin qeydiyyatdan keçməmiş əmlakının Dubayda yerləşdiyinə dair araşdırma dərc edilib.

Qeyd olunur ki, Nazarbayevin nəvəsi Nurəli Əliyev, Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov və Nazarbayevin kürəkəni Timur Kulibayevin də Dubayda iqamətgahları var.

Yeri gəlmişkən, bir gün əvvəl, yanvarın 5-də E32L bort nömrəli təyyarə Qazaxıstandan havaya qalxan zaman Məsimov Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsindən azad edilib.

Birləşmiş Ərəb Əmirliklərin daşınmaz əmlak reyestrində Nurəli Əliyevin “Jumeirah Beach Residence” ərazisində üç iqamətgahı və Dubaydakı elit “Marina Bay”da bir iqamətgahı haqqında məlumat var.

Məsimov “Dubai Executive Towers” kompleksində mənzillərə və Dubai International City ərazisində mənzillərə malikdir.

Nazarbayevin kürəkəni milyarder T.Kulibayevin “Palm Jumeirah” süni adasında mənzilləri var.

Xatırladaq ki, bir müddət əvvəl “Exo Moskvı” Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ölkəni tərk etməyə hazırlaşdığını bildirmişdi.

 

Oxşar xəbərlər
OTACI