Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

30 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstan həbsxanalarında saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 563 nəfər təşkil edir.

Press.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin oktyabr ayı üzrə hesabatında bildirilib.

Əcnəbilərin 104 nəfəri Azərbaycan vətəndaşıdır. Aylıq müqayisədə onların sayı 4 nəfər artıb. Həmin şəxslərin 13-ü ittiham olunan, 91-i isə məhkumdur.

Gürcüstanda probasiya nəzarətində isə 254 əcnəbi saxlanılır ki, onların da 28-i kişi, 4-ü qadın olmaqla 32 nəfəri Azərbaycan vətəndaşıdır. Aylıq müqayisədə say 4 nəfər artıb.

Oxşar xəbərlər
OTACI