Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada kömür şaxtasında ölən və xəsarət alanların ümumi sayı 126 nəfərə çatdı

28 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Kemerovo vilayətinin “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində yaralananların sayı artıb.

Bu barədə Press.az TASS-a istinadən xəbər verir.

Bildirilir ki, axtarış-xilasetmə işlərində iştirak edərkən xəsarət alan dağ xilasedicilərinin sayı 17 nəfərə yüksəlib.

Bununla da “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində xəsarət alanların rəsmi sayı 126 nəfər təşkil edir.

“Qəza zamanı ümumilikdə 126 nəfər xəsarət alıb, onIardan 51-i həlak olub”, - mənbə agentliyə deyib.

"Daha iki əməkdaş xəstəxanaya yerləşdirilib. Ümumilikdə 17 nəfər xilasedicisi xəsarət alıb. Onların hamısında dəm qazından zəhərlənmə var", - mənbə bildirib.

Hazırda xəstəxanada 53 nəfər müalicə edilir. Onlardan 17-si dağ xilasedicisidir. Qeyd edilir ki, 12 şaxtaçıya ambulator yardım göstərilib.

Oxşar xəbərlər
OTACI