Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada şaxtada ölənlərin sayı 52 nəfərə çatıb - YENİLƏNİB

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində qəza nəticəsində ölənlərin sayı artıb.

Press.az "Report"a istinadən bildirir ki, Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi "RİA Novosti"yə bildirib ki, 6 xilasedici də daxil olmaqla 52 nəfər mədəndə baş vermiş qəzanın qurbanı olub.

Baş prokurorun müavini Dmitri Demeşin qeyd edib ki, fövqəladə vəziyyətə səbəb metan partlayışı və mədənçilərin xəsarət alması ilə nəticələnən dinamik zərbə olub.

Hadisə ilə əlaqədar mədənin direktoru, onun birinci müavini və sahə rəhbəri saxlanılıb. Müəyyən edilib ki, saxlanılan şəxslər istehsalat obyektində təhlükəsizlik tələblərini pozublar.

22:56

Rusiyada kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 14-ə çatıb

Rusiyanın Kemerovo vilayətində kömür mədənində güclü yanğın baş verib. Hadisə nəticəsində üçü xilasedici olmaqla 14 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.

Press.az APA-ya istinadən xəbər verir ki, yanğına kömür tozunun alışması səbəb olub. Yanğın 250 metr dərinlikdə başlayıb, ardınca tüstü ventilyasiya vasitəsilə bütün mədənə yayılıb. Fövqəladə hallar nazirliyinin verdiyi məlumata əsasən, hadisə baş verən zaman orada 285 nəfər olub, onlardan 239-u təxliyə olunub. 30 nəfərin taleyi məlum deyil. Mədəndə qalan işçilərin çıxarılması üçün xilasetmə əməliyyatı davam etdirilir.

Oxşar xəbərlər
OTACI