First slide

ABŞ-dan İsrailə İranla bağlı XƏBƏRDARLIQ

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ İranın nüvə obyektlərinə edilən hücumların səmərəsiz olacağı barədə İsrailə xəbərdarlıq edib.

Press.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “New York Times” qəzeti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ABŞ rəsmilərinin israillilərə İrana hücumların taktiki baxımdan qənaətbəxş ola biləcəyi, lakin nəticədə əks nəticə verəcəyi barədə xəbərdarlıq etdiyi bildirilir.

“New York Times” qəzetinin verdiyi xəbərdə ABŞ-ın yüksək rütbəli rəsmilərinin israilli həmkarlarına İranın nüvə və raket obyektlərinə edilən hücumların mövcud proqramı sürətləndirəcəyini və onun yenidən qurulmasına səbəb olacağını söylədikləri qeyd edilib.

ABŞ tərəfi həmçinin bu hücumların noyabrın 29-da keçiriləcək mühüm nüvə danışıqları ərəfəsində İran və Qərb arasında gərginliyi artıracağından və 2015-ci il nüvə sazişinə qayıtmaq səylərini iflic edəcəyindən narahatlığını bildirib.

Xəbərdə İsrail səlahiyyətlilərinin bu mövzuda geri addım atmaq niyyətində olmadığı və xəbərdarlıqları rədd etdiyi bildirilib.

Həmçinin xəbərdə İsrailin son 20 ayda İranın nüvə obyektlərində 4 partlayış törətdiyinə və iranlı nüvə alimi Muhsin Fəhrizadəyə sui-qəsd təşkil etdiyi bildirilib.

Qeyd edək ki, İranın nüvə proqramının əsas simalarından biri olan Muhsin Fəhrizadə 2020-ci il noyabrın 27-də Tehran vilayətinin Dəməvənd rayonunda avtomobilinə edilən hücumda həlak olub.

Oxşar xəbərlər
OTACI
OTACI