First slide

Ermənistanda daha bir əsgər GÜLLƏLƏNDİ

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın dövlət sərhədinin şimal-şərq hissəsindəki döyüş mövqelərindən birində insident baş verib.

Press.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Tavuş bölgəsindəki hərbi mövqelərdən birində çağırışçı əsgərin meyiti tapılıb.

Qeyd olunur ki, noyabrın 24-də saat 14:50 radələrində sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu sıravi Suren Avetisyanın (2001-ci il təvəllüdlü) güllə yarası ilə meyiti aşkar edilib. Onun başından güllələndiyi bildirilir. Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.

Xatırladaq ki, noyabrın 15-də Çəmbərəkdə (Geqarkunik rayonu) də insident baş verib. Müqaviləli əsgər Gevork Avetyan yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər əsgərin həyatını xilas edə bilməyiblər. Əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb. Faktla bağlı bu gün iki hərbçi həbs edilib.

Oxşar xəbərlər
OTACI
OTACI