Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Moskva Paşinyandan tələb edir ki, Köçəryanı təcrid etsin...”

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanda nəşr olunan "Past" qəzeti yazır ki, Azərbaycanla sərhəddə, Laçın və Kəlbəcərdə noyabrın 16-da baş vermiş döyüşlərdən sonra Yerevanda, hakim dairələrdə görünməmiş miqyasda antirusiya isteriyası başlayıb.

Press.az virtualaz.org-a istinadən bildirir ki, baş nazir Nikol Paşinyanın tərəfdaşları Rusiyanı açıq-aşkar "erməniləri satmaqda" günahlandırırlar və hətta KTMT-dən, Avrasiya  İttifaqından çıxmaq haqda çağırışlar səsləndirirlər.

"Bizim informasiyamıza görə Rusiya bu prosesləri diqqətlə izləyir və Yerevandakı bu isteriyanın koordinatoru kimi parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryanı görürlər. Mənbələr bildirirlər ki, Paşinyan Rusiyaya loyallığını sübut edə bilmək üçün Köçəryanı nəinki komissiya sədri vəzifəsindən eləcə də ümumiyyətlə siyasi proseslərdən təcrid etməyə hazırlaşır", - qəzet belə yazır.

Oxşar xəbərlər
OTACI