Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Küçəyə pullar səpildi, insanlar yığıb bayram etdi, sonda isə... - VİDEO

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın San-Dieqo şəhəri yaxınlığında havadan "pul yağıb".

Press.az ölkə.az-a istinadən xəbər verir ki, nəticədə sözügedən ərazi üzrə maşın yolunda tıxac yaranıb. İnsanlar avtomobillərindən düşərək pulları yığmağa başlayıb.

Məlum olub ki, "Sectran Secury" sığorta şirkətinə məxsus zirehli maşın hərəkətdə olarkən yük yerinin anidən qapıları açılıb. Həmin şirkətin pulları yola səpələnib.

Ətrafdakı insanlar bu hadisəyə sevinib və pulları yığaraq videoya çəkib. Polis bunu oğurluq kimi qiymətləndirib, hətta 3 nəfər saxlanılıb.

Yerli hüquq-mühafizə orqanları çəkilmiş videolar vasitəsilə digər şəxslər müəyyən edir.

 

Oxşar xəbərlər
OTACI