Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Suriyada terror aktı törədildi - ölənlər var

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Terrorçu PKK/YPG qruplaşması Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Afrin bölgəsinə raket zərbələri endirib.

Press.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter hesabında məlumat yayıb.

İlkin məlumata görə, zərbələr nəticəsində 3 dinc sakin ölüb, daha 10 nəfər yaralanıb. Yaralılar ərazidəki hospitala yerləşdirilib.

Qeyd edilir ki, Afrin şəhər mərkəzinə 6 raket zərbəsi endirilib. Müəyyən edilmiş terrorçu hədəflər dərhal Türkiyə Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” antiterror əməliyyatı keçirir.

Oxşar xəbərlər
OTACI