Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkədə xaçlılardan qalan 900 illik qılınc TAPILDI

20 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsraildə həvəskar dalğıc xaçlılardan qaldığı və 900 illik olduğu güman edilən qılınc tapıb.

Press.az xəbər verir ki, bu barədə İsrail Antik Əşyalar Qurumu məlumat yayıb.

Bildirilib ki, qılıncı Şlomi Katzin adlı dalğıc Aralıq dənizi sahillərində dalış əsnasında aşkarlayıb.

O, qılıncı dənizdən çıxararaq, müvafiq dövlət qurumlarına verib.

Üzəri dəniz qabıqları ilə örtülən bir metr uzunluqdakı qılınc təmizlənib restavrasiya edildikdən sonra sərgilənəcək.

Qılıncı tapan Katzinə təşəkkür sertifikatı verilib.

Oxşar xəbərlər
OTACI