Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkədə koronavirusa görə komendant saatının tətbiqinə başlanır

19 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Latviyada COVID-19 səbəbindən sərt karantin rejimi tətbiq edilib.

Press.az “ria.ru”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Daniel Pavluts deyib. Onun sözlərinə görə, Latviya hökuməti ölkədə komendant saatı tətbiq edilməsi barədə qərar verib.

Qərara əsasən, oktyabrın 21-dən noyabrın 15-nə qədər Latviyada insanların sıx toplaşdığı bütün ictimai yerlər bağlanıb.

Bundan başqa, ərzaq mağazaları, əsas mal və xidmətlər göstərən təşkilatlardan başqa bütün yerlər fəaliyyətini dayandırır.

Komendant saatının tətbiqinə görə Latviyada vətəndaşlar saat 20:00-dan səhər saat 5-ə qədər küçəyə çıxa bilməzlər.

Təhsilə gəlincə, Latviyada məktəblər 1 və 3-cü siniflər istisna olmaqlar digər siniflərdə əyani dərslər dayandırılır.

Oxşar xəbərlər
OTACI