Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə lirəsi dollara qarşı tarixi minimuma geriləyib

18 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bugünkü hərraclar zamanı Türkiyə lirəsinin dollara qarşı məzənnəsi ötən bir həftə ərzində dördüncü dəfədir tarixi minimumu yeniləyərək 9,28 TL/USD-dək geriləyib.

Press.az xəbər verir ki, hələ iyun ayından bərqərar olmuş 8,81 TL/USD-lik tarixi minimum məzənnəsi sentyabrın 23-də Mərkəzi Bank tərəfindən faiz dərəcəsi 19-dan 1 faizədək azaldıldıqdan sonra azalmağa başlayıb. Bu il martın 18-də faiz dərəcəsi 17-dən 19-dək artırıldıqdan sonra Mərkəzi Bankın sədri Naci Akbala istefaya göndərilmişdi.

Ötən həftə ölkə Prezidentinin sərəncamı ilə Mərkəzi Bankın sədr müavinləri Semih Tümən ilə Uğur Namiq Küçükün istefaya göndərilməsindən sonra lirənin dollara qarşı məzənnəsi 9,18 TL/USD-yədək geriləyib.

Ekspertlərə görə, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ölkədə inflyasiyanın artmasını yüksək faiz dərəcəsi ilə əlaqələndirərək dərəcənin azaldılması üçün Mərkəzi Banka təzyiq göstərir.

Oxşar xəbərlər
OTACI